Главная > Aktual > Qırğızıstan portalı Mirzoyanın qəddarlığından yazdı

Qırğızıstan portalı Mirzoyanın qəddarlığından yazdı


17-06-2017, 18:55.

Qırğızıstanın "Goldenbridgenyus” portalı rus dilində "Levon Mirzoyan: İki xalqın cəlladı Azərbaycanda və Qazaxıstanda hakimiyyətin yüksək pilləsinə necə çatdı” sərlövhəli geniş məqalə yayıb.

Axar.az-ın məlumatına görə, məqalədə bildirilir ki, XX yüzilliyin əvvəllərində erməni daşnaklarının qanlı qırğınları nəticəsində ancaq Azərbaycan xalqının deyil, digər türkdilli xalqların nümayəndələri də öldürülüb, sürgün edilib. Mirzoyan 1918-ci ildə Azərbaycanda qanlı mart qırğınlarında fəal iştirak edib. 1926-1929-cu illərdə Azərbaycan KP MK-nin birinci katibi vəzifəsində işləyən Mirzoyan türkdilli xalqlara qarşı amansız terrorçuluq əməlləri törədib. Bir müddət Perm şəhərinə işlədikdən sonra Qazaxıstan KP MK-nın birinci katibi vəzifəsinə gətirilib. O, Qazaxıstanda öz məkrli planlarından əl çəkməyib, qazaxların kütləvi qırılmasına əmr verib.

Məqalədə "Kontinent-A” Regional Problemlərin Öyrənilməsi Mərkəzinin rəylərindən də istifadə edilib. Mərkəzin tədqiqatlarında deyilir ki, 1930-cu illərdə 5 milyon qazax məhv edilib və ya aclıqdan ölüb ki, bu da o zaman bu ölkədə yaşayan qazaxların yarısından çoxunu təşkil edir. L.Mirzoyan tanınmış qazax ədibləri Saken Seyfullin, Maqjan Jumabaev, Axmet Bayturısnov və digər bu kimi minlərlə insanı məhv edib. 1936-1938-ci illərdə 110 min qazax sürgün edilib, 25 min insan isə güllələnib.

 


Вернуться назад