Главная > Siyasət > Ərdoğan Kılıçdaroğlunun həbs anonsunu verdi

Ərdoğan Kılıçdaroğlunun həbs anonsunu verdi


17-06-2017, 18:44.

"Ədalət” yazılan plakatlarla gəzmək ölkəyə ədalət gətirməz.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan CHP lideri Kamal Kılıçdaroğlunun yürüşünə münasibət bildirərkən deyib.

Dövlət başçısı bildirib ki, ədalət parlamentdə axtarılmalıdır:

"Sən də ədalətli davran. Görəsən rəhbərlik etdiyiniz qurum nə qədər ədalətlidir? Sabah məhkəmə öz hüzuruna sizi də dəvət edərsə, təəccüblənməyin. Ramazan ayında milləti küçələrə çağıraraq belə yürüşə başlamaq doğru deyil”.

Qeyd edək ki, CHP lideri Kamal Kılıçdaroğlu millət vəkili Enis Bərbəroğlunun həbsindən sonra hər gün təxminən 20 km olmaqla, bir ay müddətində Ankaradan İstanbula yürüş qərarı verib.

 


Вернуться назад