Главная > Dünya > Çin polisi saxta dövlət nömrə nişanı olan 7 mindən çox avtomobil aşkarlayıb

Çin polisi saxta dövlət nömrə nişanı olan 7 mindən çox avtomobil aşkarlayıb


17-06-2017, 18:02.

Çin yol polisinin paytaxt Pekində, qonşu Xebey vilayətində və Tiencin şəhərində keçirdiyi uzunmüddətli əməliyyat nəticəsində saxta dövlət nömrə nişanı ilə hərəkət edən 7097 avtomobil aşkarlanıb.

Çin İctimai Təhlükəsizlik Nazirliyinin məlumatında deyilir ki, saxta dövlət nömrə nişanlarının aşkarlanması əməliyyatının gedişində mart ayından etibarən 559 nəfər nəzarət altına alınıb, şübhəli avtomobillərin məlumat bazası yaradılıb. Bunun köməyi ilə Pekin şəhərinə daxil olan saxta dövlət nömrə nişanlı avtomobillər saxlanılaraq qanunvericiliyə uyğun addımlar atılıb.

Əməliyyatın tərkib hissəsi olaraq saxta nişanları hazırlayan sex də aşkarlanıb.

 


Вернуться назад