Главная > İdman > Həndbol millimiz ermənilərə qalib gəldi - FOTOLAR

Həndbol millimiz ermənilərə qalib gəldi - FOTOLAR


17-06-2017, 19:07.

Kişilərdən ibarət həndbol üzrə milli komandamız Bolqarıstanda keçirilən "Challenge Trophy”də növbəti görüşünə çıxıb.

Musavat.com xəbər verir ki, ibarət yığmamız 9-16-cı yerlər uğrunda ilk görüşündə Ermənistan millisi ilə qarşılaşıb. Həndbolçularımız rəqibini 39:21 hesabı ilə məğlub edib.

Qeyd edək ki, qrup mərhələsində Andorranı məğlub edən (31:22) Azərbaycan millisi, Bolqarıstan (34:41) və Kiprə uduzduğundan medal qazanmaq şansını itirib.

 


Вернуться назад