Главная > İdman > "Qarabağ" sabah Avstriyaya gedir

"Qarabağ" sabah Avstriyaya gedir


15-06-2017, 19:24.

Növbəti mövsümün hazırlığını davam etdirən "Qarabağ" dünən təlim-məşq toplanışının ilkin mərhələsini başa vurub.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, "Bakı” ilə yoxlama matçından sonra Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov futbolçulara 1 günlük istirahət verib.

Komanda iyunun 16-da hazırlığın ikinci mərhələsi üçün Avstriyaya gedəcək.

 


Вернуться назад