Главная > İdman > Kürdəmirli futbolçuya 2 milyon qiymət qoyuldu

Kürdəmirli futbolçuya 2 milyon qiymət qoyuldu


14-06-2017, 20:42.

"Trabzonspor” futbolçusu Ramil Şeydayevi "Jilina”ya satmaq qərarı verib.

Qol.az-ın xəbərinə görə, bu haqda Türkiyənin "Fotospor” nəşri məlumat yayıb. Bildirilib ki, Slovakiya klubu son mövsüm 12 oyunda 6 qol vuran və 2 qolun ötürməsini edən millimizin 20 yaşlı hücumçusunu birdəfəlik almaq üçün Qara dəniz təmsilçisinə 500 min avro təklif edib.

"Tranzonspor” isə əvvəlcə "Jilina”dan 2 milyon avro təzminat istəyib. Sonradan isə türk klubu çox bazarlıq etmədən Ramili uyğun qiymətə satmağı qərara alıb.

Xatırladaq ki, R.Şeydayev bu qış transfer dönəmində "Tranzonspor”dan "Jilina”ya keçib.

 


Вернуться назад