Главная > Dünya > İranda xüsusi əməliyyat: 3 silahlı məhv edilib, 5-i yaxalanıb

İranda xüsusi əməliyyat: 3 silahlı məhv edilib, 5-i yaxalanıb


14-06-2017, 22:40.

İran təhlükəsizlik qüvvələri ölkənin cənub-şərqində 3 silahlını məhv edib, 5-i yaxalayıblar.
Xüsusi əməliyyat Pakistanla sərhəddə yerləşən Sistan və Bəlucistan əyalətində həyata keçirilib.
Məlumata görə, silahlılardan "şəhid kəmərləri" və xeyli sayda partlayıcı maddə müsadirə edilib. Əməliyyat zamanı bir İran hərbçisi ölüb. Silahlıların hansı qruplaşmanın üzvləri olduğu barədə məlumat verilmir.

 

 


Вернуться назад