Robert Prosineçki –
"Bursaspor” – AFFA üçbucağı arasındakı qeyri-müəyyənlik başa çatmaq üzrədir.
Apasport.az saytının "ajansspor”a istinadən məlumatına görə, gözlənildiyi kimi
xorvatiyalı mütəxəssis bundan sonrakı karyerasını Türkiyədə davam etdirəcək.
Bu gün meneceri ilə birlikdə AFFA-da rəhbərliklə danışıqlar masası arxasına
oturan baş məşqçi "Bursaspor”da işləmək istədiyini bildirib. Ona yeni müqavilə
təklif edilsə də, mütəxəssis bundan imtina edib.
Sabah tərəflər arasında müqavilənin pozulması ilə bağlı hüquqi prosedur yoluna
qoyulacaq, ardınca isə Prosineçki Türkiyəyə yollanacaq. Burada isə o, 2+1 illik
anlaşmaya imza atacaq.
Qeyd edək ki, keçidlə bağlı iddialar milli komandamızın Şimali İrlandiya ilə
oyunundan əvvəl səsləndirilsə də, həm AFFA, həm də Prosineçki bunu sərt bir şəkildə
təkzib etmişdi.
Вернуться назад
|