Главная > Siyasət > Fransada parlament seçkilərinin ilkin nəticələri məlum olub

Fransada parlament seçkilərinin ilkin nəticələri məlum olub


12-06-2017, 01:01.

Fransada keçirilən parlament seçkilərinin ilkin nəticələri açıqlanıb.

"RİA Novosti" xəbər verir ki, səslərin 75,7 faizinin hesablanmasından sonra Makronun "İrəli, respublika" hərəkatı 26,9%, ən böyük müxalifət partiyası "Respublikaçılar" 15,8%, Marin Le Penin partiyası "Milli cəbhə" 14,4%, Jan Lyuk Melanşonun partiyası "Təslim olmamış Fransa" 10,6%, sabiq hakim partiya "Sosialist partiya" isə 7,5% səs toplayıb.

 


Вернуться назад