Главная > Aktual > Əfqan Muxtarlının oğurlanmasında şübhəli bilinən nazir müavini işdən çıxarıldı

Əfqan Muxtarlının oğurlanmasında şübhəli bilinən nazir müavini işdən çıxarıldı


10-06-2017, 20:48.

Gürcüstanın Daxili İşlər naziri GeorgiMqebrişbili birinci müavini Besik Amiranaşvilini işdən çıxarıb.

"Basta” Новости-Грузияsaytınaistinadən xəbər verir ki, Gürcüstanın Daxili İşlər naziri GeorgiMqebrişbili birinci müavini Besik Amiranaşvilini işdən çıxarıb.

Məlumada bu barədə "İmedi” televiziyasının xəbər verdiyi bildirilir.

Amiranaşvili 2016-cı ilin yanvarından dünənə qədər Daxili İşlər Nazirliyinin birinci müavini postunda çalışıb, patrul və ağır cinayətlər polisinin məsul vəzifəsini icra edib.

Dünən növbədənkənar toplantı keçirən Georgi Mqebrişbili "Mənə daha fəal patrul və kriminal polis əməkdaşı lazımdır” deyərək, Besik Amiranaşvilini işdən çıxartdığını bildirib.

Besik Amiranaşvili Gürcüstanda oğurlanaraq Azərbaycana gətirilən müstəqil jurnalist Əfqan Muxtarlının oğurlanmasında ittiham olunan kriminal polisə nəzarət edən müavindir.

Xatırladaq ki,Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti azərbaycanlı deputat Elman Nəsirovun dedikləri ilə bağlı bəyanat verib. Qurumun rəsmi saytındayayımlanan bəyanatda deyilir ki, azərbaycanlı deputatın dedikləri həqiqətə uyğun deyil:

"Bəyan edirik ki, Əfqan Muxtarlının işində GürcüstanTəhlükəsizlik Xidmətinin heç bir fəaliyyəti olmayıb. Araşdırmalar davam edir” – məlumatda bildirilir.

 

Könül Alı, bastainfo.com

 


Вернуться назад