Главная > Kriminal > Qəzet redaktoru həbs olundu

Qəzet redaktoru həbs olundu


9-06-2017, 19:15.

"İrəvan Press" qəzetinin baş redaktoru Azər Abbasov həbs edilib.

 

O, hədə-qorxu yolu ilə tələb etmədə ittiham olunur. 

 

Bu barədə "Trend”-ə Dövlət Təhlükəsizliyi Xidmətindən (DTX) məlumat verilib. 

 

Məlumatda bildirilir ki, Bakı və regionlardan daxil olmuş ərizələrə əsasən və DTX-də aparılan araşdırmalar nəticəsində "İrəvan Press" qəzetinin və informasiya saytının baş redaktoru Abbasov Azər Arif oğlu xidmətə dəvət olunaraq hədə-qorxu yolu ilə tələb etmə cinayət əməlində ittiham olunaraq saxlanılıb, barəsində Səbail rayon Məhkəməsi tərəfindən həbs- qətimkan tədbiri seçilib.

 

Məlumatda deyilir ki, A.Abbasovun həbsi DTX-də "reket jurnalistika"ya qarşı aparılan əməliyyat-istintaq tədbirlərinin davamıdır.

 

"İrəvan Press" qəzeti və saytı "Azərbaycan” Nəşriyyatında yerləşir.

 


Вернуться назад