Главная > Siyasət > Böyük Britaniyada səsvermə başa çatıb - İlkin nəticə...

Böyük Britaniyada səsvermə başa çatıb - İlkin nəticə...


9-06-2017, 02:09.

Böyük Britaniyada keçirilən parlament seçkilərində səsvermə baş çatıb. APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, seçki məntəqələri yerli vaxtla 22.00-da (Bakı vaxtı ilə 01.00-da) bağlanıb.

Səsvermənin yekun nəticələri iyunun 9-da elan ediləcək.

Seçkilərin yekunlarına əsasən Nazirlər Kabinetinin tərkibi müəyyən ediləcək və parlamentin İcmalar Palatası formalaşdırılacaq. Seçkilər ərəfəsi keçirilmiş sorğular seçicilərin Leyboristlər Partiyasından daha çox Mühafizəkarlar Partiyasına üstünlük verdiyini (4-9%) müəyyənləşdirib.

Seçilən parlamentarilər iyunun 13-də and içəcəklər. Yeni parlament kraliçanın iştirakı ilə keçiriləcək rəsmi mərasimdən sonra iyunun 19-da işə başlayacaq.

***

Böyük Britaniyada keçirilən növbədənkənar parlament seçkilərində, "exit poll"un nəticələrinə görə, İcmalar Palatasında əksəriyyəti itirməklə Mühafizəkarlar Partiyası liderlik edir.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, baş nazir Tereza Meyin rəhbərlik etdiyi Tori (Siyasi partiya) parlamentdə 314, Viqi isə 266 yer almaqdadır.

 


Вернуться назад