Главная > Baş Xəbər > Ərdoğan: “Türkiyə Qətərlə əlaqələrini inkişaf etdirəcək”

Ərdoğan: “Türkiyə Qətərlə əlaqələrini inkişaf etdirəcək”


7-06-2017, 01:30.

Türkiyə Qətərlə əlaqələrini inkişaf etdirəcək, bu ölkəyə qarşı sanksiyalar problemin həlli deyil.

 

Virtualaz.org xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. "Qətərə qarşı sanksiyaları düzgün həll hesab etmirik. Bizə əməkdaşlığın və birliyin xüsusilə gərək olduğu bir vaxtda regionumuzdakı bu vəziyyət xeyir gətirməyəcək. Qətərin soyuqqanlığını təqdir edirik. Biz bu ölkə ilə əlaqələrimizi bundan sonra da inkişaf etdirəcəyik”, - bu sözləri Ərdoğan AKP fəalları ilə keçirdiyi görüşdə deyib.

 

O, əlavə edib ki, Türkiyə Qətər ətrafında vəziyyətin tezliklə dialoq yolu ilə həll edilməsi üçün əlindən gələni əsirgəməyəcək.

 


Вернуться назад