Главная > Siyasət > BƏƏ-dən Qətərə şad xəbər

BƏƏ-dən Qətərə şad xəbər


6-06-2017, 16:47.

Qətər ərəb ölkələri ilə münasibətləri bərpa etmək üçün diplomatik böhranın həlli üçün fəaliyyət planı təqdim etməlidir.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər naziri Ənvər Qarqaş söyləyib. O, Qətərlə münasibətlərin bərpası üçün zəmanətli planın gərəkli olduğunu söyləyib.

Qeyd edək ki, 8 islam ölkəsi - Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Liviya, Yəmən, Maldiv və Mavriki Qətərlə münasibətləri dayandırıb.

 



Вернуться назад