Главная > İdman > Arda Turan millidən qovuldu — Fatih Terimdən şok addım

Arda Turan millidən qovuldu — Fatih Terimdən şok addım


6-06-2017, 17:01.

Türkiyə millisinin baş məşqçisi Fatih Terim Arda Turanı milli komandadan uzaqlaşdırıb.

 

"Ölkə.Az"xəbər verir ki, milli komandanın təyyarəsində jurnalist Bilal Meşeyə hücum edən Arda kampdan göndərilib.

"Barcelona" futbol klubunda top qovan Türkiyə yığmasının kapitanı Arda Turan Makedoniya ilə yarışdan sonra Slovakiya təyyarəsində jurnalist Bilal Meşeyə hücum edib. Bu hadisə gündəmə bomba kimi düşmüşdü. Hadisədən sonra Slovakiya kampında nələrin baş verəcəyi maraqla gözlənilirdi və Fatih Terim şok bir qərara imza atdı.

Xəbərə əsasən, Türkiyə Futbol Federasiyasının sədri Yıldırım Demirören və Ali Dürüst hadisədən sonra Fatih Terimin də iştirak etdiyi bir görüş keçiriblər. Vəziyyəti dəyərləndirdikdən sonra Fatih Terim Arda Turanla görüşüb. Görüşdən sonra Arda kampdan ixrac edilib. Futbolçu həm komandaya, həm də federasiyaya ziyan vurmamaq üçün kampdan ayrılıb.

 


Вернуться назад