Главная > GÜNDƏM > Misir Qətər səfirinə 48 saat vaxt verdi: Ölkəni tərk et

Misir Qətər səfirinə 48 saat vaxt verdi: Ölkəni tərk et


5-06-2017, 23:01.

Misir XİN Qətər dövlətinin bu ölkədəki səfirinə nota təqdim edib. Misir xarici siyasət idarəsinin rəsmi nümayəndəsi Əhməd Əbu Zeydin sözlərinə görə, həmin sənəddə Qətər səfirinin 48 saat ərzində Misiri tərk etməsi tələb olunur.

Qətərin səfiri Misir XİN-ə çağırılıb, orada ona Qətər ilə Misir arasında diplomatik münasibətlərin kəsilməsinin qərara alınması barədə məlumat verilib və Misirin səfiri kimi akkreditə müddətinin başa çatması haqqında rəsmi nota təqdim edilib.

Əbu Zeydin sözlərinə görə, Misirin Dohadakı işlər vəkili də Misir hökumətindən 48 saat ərzində Vətənə qayıtması barədə sərəncam alıb.

Xatırladaq ki, bu gün Səudiyyə Ərəbistanı, BƏƏ, Misir və Bəhreyn Qətər ilə diplomatik münasibətləri kəsdiklərini elan ediblər.

 


Вернуться назад