Главная > Ölkə > Arif Hacılıdan onu Əfqan Muxtarlının mənəvi lideri hesab edənlərə

Arif Hacılıdan onu Əfqan Muxtarlının mənəvi lideri hesab edənlərə


4-06-2017, 10:03.

Arif Hacılı yazır…

Əfqanın mənəvi lideri olmaq

Bu günki konyukturaya görə kimlərəsə pis bir şey kimi görünə də bilər.

… O zaman 18 yaşları bitmədiyi üçün Mustafa, Efqan və başqa gənclərin Xalq Cəbhəsinə qəbul olunması mümkün deyildi, nizamnamə yol vermirdi.

AXC Zaqatala təşkilatının gənclər qurumunu yaratdılar. Belə qurum da nizamnamədə nəzərdə tutulmurdu, amma dəstək verdim, vətənpərvər yeniyetmələri təşkilatlandırdılar.

Sonra Qarabağa getdilər. Ramiz Qəmbərovun batalyonuna qoşuldular. Şuşanın müdafiəsi uğrumda döyüşlərdə Mustafa ölümcül yaralı hospitalda olarkən Əfqan hələ Laçının müdafiəsində idi.

Orada görüşdük.

” Hədəfdəsiz bəy, buraya niyə gəlmisiz? Bura təxribatçılarla doludur, sizi güllələyəcəklər”- deyib məni qoruyurdu, amma həmin gün özü ağır yaralandı…

Sonrakı illərdə də daim ədalət naminə Azərbaycan üçün vuruşub, bu gün də vuruşur.

Azərbaycanın azadlığı, firavanlığı üçün müqəddəs bir yolun yolçusudur.

Əfqanın mənəvi lideriyəmsə çox mutluyam.

 

 


Вернуться назад