Главная > Region / Kriminal > Ağsuda dəhşətli qətl: Şamaxıdan qonaq gələn yeznəsini güllələdi

Ağsuda dəhşətli qətl: Şamaxıdan qonaq gələn yeznəsini güllələdi


23-10-2015, 09:49.
Ağsuda dəhşətli qətl: Şamaxıdan qonaq gələn yeznəsini güllələdi

Ağsu rayonunda  qətl hadisəsi törədilib. APA TV-nin yerli bürosunun xəbərinə görə hadisə ötən axşam  rayonun Kalva kəndində qeydə alınıb.

 

Kənd sakini, 34 yaşlı Elşən Sevdayı oğlu Hacıyev şəxsi münasibətlər zəminində aralarında baş verən dava zamanı Şamaxı rayonunda yaşayan və onun evinə qonaq gələn bacısının həyat yoldaşı, 1975-ci il təvəllüdlü Asif Adil oğlu Zeynalovu öldürüb. Ov tüfəngindən açılan atəş nəticəsində güllə yarası alan Asif Zeynalov hadisə yerində dünyasını dəyişib.

 

Asif Zeynalovun qaynı tərəfindən hansı səbəbdən qətlə yetirildiyi hələ ki, tam məlum deyil. Hadisə şahidlərinin sözlərinə görə, onların arasında əvvəllər pul borcuna görə söz-söhbət olub. Elşən Hacıyev hadisə törədən zaman sərxoş olub. Əvvəllər Rusiyada və Azərbaycanda məhkumluq həyatı yaşayan Elşən Hacıyev saxlanılaraq istintaqa təhvil verilib. Onun qətl hadisəsi zamanı istifadə etdiyi ov tüfəngi maddi sübut kimi götürülüb.

 

Faktla bağlı Ağsu rayon Prokurorluğu tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.


Вернуться назад