Главная > Aktual > Əfqan Muxtarlının xanımı Gürcüstanın vətəndaşlıq təklifini rədd etdi

Əfqan Muxtarlının xanımı Gürcüstanın vətəndaşlıq təklifini rədd etdi


4-06-2017, 00:14.

Gürcüstan höküməti Əfqan Muxtarlının xanımına və qızına tez bir zamanda vətəndaşlıq verməyə hazır olduğunu bəyan edib. Gürcüstan DİN-i jurnalistin xanımı Leyla Mustafayevanı qəbul edib. Leyla xanım bu təklifdən imtina etdi. "Mən yoldaşımın oğurlandığı ölkənin vətəndaşı olmaq istəmirəm” deyib.

Əfqan Muxtarlının həyat yoldaşı Leyla Mustafayeva Gürcüstanın Baş nazirinin onlara vətəndaşlıq verilməsi ilə bağlı təklifinə mənfi münasibət bəslədiyini bildirib. Leyla Mustafayeva bu təklifi hökumətin şousu kimi qiymətləndirdiyini bildirib.

L.Mustafayeva deyir:”Bir il əvvəl biz yaşamaq hüququ almaq üçün müraciət edəndə imtina etdilər və bunu bizim təhlükəli işlərlə məşğul olmağımızla əsaslandırdılar. Mən Azərbaycan vətəndaşlığından çıxmaq istəmədiyimdən bu təklifdən imtina edirəm.Mən bu məsələ ilə bağlı hökumətin şou düzəltməsinə qarşıyam və Gürcüstanın səlahiyyətli orqanlarının obyektiv və ədalətli araşdırma aparmasını istəyirəm”. //Azadliq.info

 


Вернуться назад