Главная > Baş Xəbər / Mövqe > Putin: "NATO-dakı dövlətlər ancaq vassallardır"
Putin: "NATO-dakı dövlətlər ancaq vassallardır"3-06-2017, 23:53. |
Rusiya Federasiyasının prezidenti Vladimir Putin NATO-nu ABŞ-ın xarici siyasətinin aləti adlandırıb. "Report"un məlumatına görə, dövlət başçısının rejissor Oliver Stouna müsahibəsini "Politico" nəşri yayıb. Putin bildirib ki, alyansdakı dövlətlər ABŞ-ın vassallarıdır. "Bu gün o, (NATO - "Report") ABŞ-ın xarici siyasət alətidir. Orada müttəfiqlər yoxdur, ancaq vassallar var" – deyə prezident qeyd edib. Kreml rəhbəri bununla yanaşı vurğulayıb ki, hansısa ölkə NATO üzvü olduqda o, alyansın iri ölkəsi – lideri ABŞ-ın təzyiqlərinə çətinliklə müqavimət göstərə bilir. "Orada hər şey çox asanlıqla peyda olur. Nə lazımdırsa – raket əleyhinə sistemlər, yeni bazalar və əgər tələb olunsa, yeni zərbə kompleksləri" – deyə Rusiya lideri əlavə edib.
Вернуться назад |