Главная > Baş Xəbər > ALDE -nin konfransında Arif Hacılının Əfqan Muxtarlının həbsi ilə bağlı müraciəti müzakirəyə çıxarıldı

ALDE -nin konfransında Arif Hacılının Əfqan Muxtarlının həbsi ilə bağlı müraciəti müzakirəyə çıxarıldı


3-06-2017, 22:30.

Müsavatın müttəfiqləri ALDE -nin konfransında Arif Hacılının jurnalist Əfqan Muxtarlının həbsi ilə bağlı müraciətinimüzakirəyə çıxardılar.

Bu gün Sloveniyanın Vlyublyana şəhərində Müsavat Partiyasının da üzv olduğuAvropa Liberal Demokratlar İttifaqının (ALDE) konfransı keçirilib.

Xəbər verdiyimiz kimi Müsavat Partiyasının başqanı Arif Hacılı bu konfrans ərəfəsindəALDE-dəki müttəfiqlərinə jurnalist Əfqan Muxtarlının Gürcüstanda oğurlanması və Azərbaycanda həbs edilməsi ilə bağlı müraciət edib.

Müraciətdə Əfqan Muxtarlının oğurlanaraq Azərbaycana gətirilməsi, fiziki, mənəvi, pisixoloji işgəncə verilərək haqqında uydurma ittiham irəli sürülməklə həbs edilməsi barədə məlumat verən Arif Hacılı,bu hadisəyə ALDE ailəsininmünasibət bildirməsinixahiş etmişdi.

Müsavat başqanının müraciətini Gürcüstan Respublikaçılar Partiyasının sədri Xatuna Samnidzebu gün ALDE -nin konfransında müzakirəyə çıxarıb.

 


Вернуться назад