Главная > Region > Rayonda üsyanı İcra başçısı qaldırır – ŞOK İDDİA

Rayonda üsyanı İcra başçısı qaldırır – ŞOK İDDİA


9-01-2016, 22:00.

Bu gün Neftçalanın Qoltuq kəndində Rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyevin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Su Hövzələrində Balıq Resurslarının Artırılması və Mühafizəsi Departamentinin  direktoru Rasim Həsənovun və DSX-nin Sahil Mühafizə Xidməti nümayəndələrini n iştirakı ilə etirazçı balıqçıların problemlərinin öyrənilməsi və həlli məqsədi ilə görüş keçirilib.Görüş də Qoltuq və ətraf sahil kəndlərinin 300-ə yaxın sakini iştirak edib.ETSN-dən 2016-cı il üçün bilet-kvota almadıqları səbəbindən Xəzərdə balıq ovuna buraxılmayan balıqçılar bildiriblər ki, bu il üçün ETSN tərəfindən ov biletlərinin qiymətinin artırılmasından  və "jilka” tipli torlardan istifadəyə qadağa qoyularaq kapron torlarla əvəz olunmasından narazıdırlar. Çünki artıq xeyli xərc çəkərək tutuculuq qabiliyyəti yüksək olan "jilka” torlar alıb qurublar, tələb olunan tutuculuğu zəif olan kapron torlar isə satışda yoxdur və bu torları tapıb istifadə etsələr də dənizdən çox vaxt əliboş qayıdacaqlar.

1452361316033

Nia.az-a daxil olan məlumata görə,Neftçala Rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev,görüşdə n sonra dənizçilərə bildirib ki,əgər təzə bazara gəlsəniz sizlərə kömək edəcəyəm.Xatırl adaq ki,təzə bazar Ismayıl Vəliyevin özünə məxsusdur. İcra başçısı İsmayıl Vəliyev "Azadlıq uğrunda mübariz” fəxri adına layiq görülmüş ikinci qrup əlil Məhəmməd Fərziyevin bazarına göz dikib.Onun xırda bir balıq bazarı var. Bu da(İsmayıl Vəliyev nəzərdə tutulur-red.) gələndən sonra kənar bir yerdə özü üçün böyük bir bazaar tikdirib, istifadəyə verə bilmir. Ona görə də məcbur qalıb,balıqçıla rı kənarda qorxudub, aparırlar başçının bazarına.Balıqç ılar da kənar yerdə balıq sata bilmədikləri üçün təzədən Məhəmməd Fərziyevin bazarına qayıdırlar.

Bu gün Azərbaycana Heydər Əliyev yolunun layiqli davamçısı İlham Əliyev başçılıq edir.Görkəmli siyasi və dövlət xadimi İlham Əliyev Azərbaycan xalqının ümummilli lideri, dahi dövlət xadimi Heydər Əliyevin oğludur. O, peşəkar siyasətçidir.Ne ftçala rayonunun camaatı cənab prezident İlham Əliyevin siyasətini dəstəkləyir və dəstəkləyəcək.L akin bu günlərdə Ekologiya və təbii sərvətlər naziriliyinin DSX-nin Sahil Mühafizə Xidməti nümayəndələrini n Neftçala rayonunun Qoltuq kənd sakinlərini incitməsi böyük narazılıq səbəb olub.Balıqçılar ı boğaza yığan ETSN-i Hüseynqulu Bağırovun işçiləri nəticə etibarilə camaatı "Etiraz aksiyası” keçirtməyə məcbur ediblər.

Xatırladaq ki, dünən səhər saatlarında Neftçalanın əsasən Qoltuq və dənizkənarı ətraf kəndlərinin 500 nəfərə yaxın sakini Neftçala- Salyan avtomobil yolunu 2 saata yaxın bağlayaraq etiraz aksiyası keçirmişdi. Dolanışığı dənizdəki balıq ovundan çıxan bu kəndlərin sakinləri son günlər ETSN tərəfindən balıq ovuna buraxılmamaları ndan narazılıq etmişdilər…(NİA.AZ)

 

ULUYOL.İNFO


Вернуться назад