Главная > Baş Xəbər / İdman > Avropanın ən güclüsü müəyyənləşir

Avropanın ən güclüsü müəyyənləşir


3-06-2017, 18:46.

Bu gün Çempionlar Liqasında 2016/17 mövsümünə yekun vurulacaq.

 Kardiffdə keçiriləcək finalda turnirin son qalibi "Real” "Yuventus”la üz-üz gələcək.

"Kral klubu” son 3 mövsümdən 2-də, ümumilikdə isə 11 dəfə Çempionlar Liqasının qalibi olub. Son 5 finalın hamısında qalib gələn Madrid klubu sonuncu dəfə həlledici qarşılaşmada 1981-ci ildə uduzub.

"Yuventus” isə 2 dəfə ÇL-in qalibi olub, 6 dəfə finalda məğlubiyyət acısı yaşayıb. Sonuncu dəfə 21 il əvvəl kuboku qazanan "Qoca Sinyora” 2 il öncə finalda "Barselona”ya məğlub olmuşdu.

19 il əvvəl də ÇL-in finalı bu komandaların iştirakı ilə baş tutmuşdu və həmin vaxt Predraq Miyatoviçin yeganə qolu "Real”a 1:0 hesablı qələbə qazandırmışdı.

Çempionlar Liqası

FİNAL

3 iyun

22:45."Yuventus” (İtaliya) - "Real” (İspaniya)
Baş hakim:Feliks Brix (Almaniya)
Kardif."Millenium”

b_550_325_16777215_00_images_xeber_sekilleri_30may2017_2471058_w1.jpg
(qol.az)

Вернуться назад