Главная > Aktual > Özbəkistanda bəzi kompüter oyunları qadağan edildi

Özbəkistanda bəzi kompüter oyunları qadağan edildi


31-05-2017, 19:15.

Özbəkistan hökuməti kompüter oyunlarına diqqət yetirib

 

İKT.lent.az-ın "svopi.ru” saytına istinadən məlumatına görə, ölkənin Əqli Mülkiyyət üzrə Xüsusi Agentliyi respublikaya gətirilməsi və yayılması məsləhət görülməyən layihələrin adları olan siyahını açıqlayıb. Mütəxəssislər hesab edirlər ki, bu oyunlar təcavüzü və pornoqrafiyanı təbliğ edir, həmçinin ölkədə ictimai-siyasi stabilliyə mənfi təsir göstərir.

 

Siyahıya oyunsevərlərə çox tanış olan 38 adda oyun daxil edilib. Bu siyahıda hələ elan olunmamış "Left 4 Dead 3” oyununun da adı var. Bundan başqa, qadağan olunmuş siyahıda "Sims" 3 və 4, "GTA: San Andreas”, "Assasin’s Creed: Brotherhood”, "Call of duty: Black ops”, "Doom” 3 və 4 , "Kane and Leanch 2: Dog days”, "Prototype”, "Silent Hill” oyunlarının da adlarını görmək olar.

 

Kompüter oyunsevərlərinin fikrincə, komissiya tərəfindən müəyyən qeyri-dəqiqlik də buraxılıb.

 


Вернуться назад