Главная > Dünya > Moskva regionunda qasırğa qurbanlarının sayı dəqiqləşdirilib

Moskva regionunda qasırğa qurbanlarının sayı dəqiqləşdirilib


30-05-2017, 21:52.

Moskva və Moskva vilayətində mayən 29-da baş vermiş qasırğa nəticəsində ölənlərin sayı 15 nəfər təşkil edib. APA-nın "Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya İstintaq Komitəsinin məlumatında bildirilir.

"Dəqiqləşdirilmiş məlumata əsasən, təbii fəlakət nəticəsində, 10-u Moskvada və 5-i Moskva vilayətində olmaqla, ümumilikdə 15 nəfər ölüb, 200-dək insan xəsarət alıb. Ölənlər müxtəlif yaşdadır, onların arasında yetkinlik yaşına çatmamış şəxslər də var”, - deyə məlumatda bildirilir.

Qasırğa zamanı Moskva sakinlərinin ölümünün səbəblərini və təfərrüatlarını müəyyənləşdirmək məqsədi ilə İstintaq Komitəsində qərargah yaradılıb.

Bundan əvvəl 16 nəfərin öldüyü bildirilirdi.


Вернуться назад