Главная > Ümumi > Bunlar orucu pozmaz - DİQQƏT
Bunlar orucu pozmaz - DİQQƏT30-05-2017, 10:58. |
Orucu pozan əsas amilləri çoxlarımız bilirik. Amma bəzilərimiz hərdən nədəsə şübhə içində olur, olar-olmazları ayırd edə bilmirik. Orucu pozan ən əsas amilləri təqdim edirik. Bunlar aşağıdakılardır: – yemək və içmək Qeyd etmək lazımdır ki, bunlar orucu yalnız 3 şərtlə pozur. Şərtlər isə aşağıdakılardır: 1. Oruc tutan şəxs onu pozan
şeylər barədə məlumatlı olmalıdır; Bundan belə nəticə çıxır ki, elmsiz olaraq, yaxud unudaraq, yaxud da zorla vadar edilərək orucu pozan şəxsin orucu düzgün sayılır və həmin günün qəzasını tutmaq lazım gəlmir. Bu xüsusda Peyğəmbər (s.a.s.) demişdir: "Həqiqətən, Allah mənim ümmətimə bilməyərəkdən, unutqanlıqdan və məcburiyyət qarşısında etdiklərini bağışlamışdır”. Yuxarıda qeyd olunanlardan (cinsi əlaqə müstəsna olmaqla) hər hansı bir yolla orucu pozan şəxs bunun əvəzinə yalnız bir gün oruc tutmalıdır. Cinsi əlaqəyə gəlincə, qeyd etmək lazımdır ki, onun cəzası fərqlidir. Belə ki, bu günaha görə hər ikisi həm tövbə etməli, həm bir gün onun qəzasını tutmalı, həm də kəffarə olaraq ya qul azad etməli, ya altmış gün ardıcıl oruc tutmalı, ya da altmış kasıbı yedirtməlidir. Öpüşmək orucu pozmur. Aişə rəvayət edir ki,
Peyğəmbər (s.a.s.) oruclu ola-ola zövcələrini öpərdi. Ağrıkəsici, sakitləşdirici və bu kimi iynələr vurmaq orucu pozmur, amma gərək iynə, bədəni qüvvətləndirən inyeksiya olmasın. Diş çəkdirmək, onu müalicə etmək, diş ətinə
iynə vurmaq orucu pozmur. Yeməyin dadına baxıb, sonra onu tüpürmək
orucu pozmur. (yenicag.az)
Вернуться назад |