Главная > Ədəbiyyat > Siz ürəyinizi fərah tutun, Analar

Siz ürəyinizi fərah tutun, Analar


30-05-2017, 00:14.

Siz ürəyinizi fərah tutun, Analar

Siz baxın bir bu oğula

Siz ey, Simuzər ana.

Bitməyibmi bağrında,

Ərənlərin vuruşu,

Məğrurlar duruşu?!

Bəndələr yaraşığı.

Rövşənlərin işığı

Bitməyibmi bağrında

Siz ey mehriban ana.


-Ata ,bəs milli geyimlərimiz?

-Necə ki, azərbaycanlılıq dünyanı sarar, analarımızın qolları həm bağlı həm uzun geyimləri eyni anlamdadır.

O ananın nəvazişi həm ailəsinə, həm sənə qızım, həm bütün insanlığa.B ütöv bir dünyanın bağrına sıxmağa yetər bu nəvaziş.Ətəkləri ondan ötrü uzun ki, oğullarımızın dizi yerə gəlməsin.Çiyinləri bağlı ki, günah qonmasın.İgidlərimiz kontuziya almasın.Anamız namaz üstdə olsun.Qolları həm də onun üçün bağlı ki, torpaq çiyrinməsin bizdən.Biz məzarda çürürkən.Ayrılığın dərinləşməsini görməyək ki, qız-gəlinin fəryadından sinəsinə dağ basılmış o ağsaçlı vüqarlının qamətini əritməyək xəcalətdən.Ən əsası sözlərinin kəsəri olsun təkrar ağsaqqalımın . Ağbirçəklər nəsihəti, fatasız olsada bir həya pərdəsi olsun.

İpək və ağ qızılımız o qədər zənginləşdirdik ki, bu baharda bəylərimiz üçün dirsəkdən nizamnaməyə uyğun üzümüzü ağ edən geyimlər tikdik.

Gəlinbacılarımıza ağ fatalı geyimlər daha qismətdən–qismətə deyil dəyişmədi bu libaslar.Artıqları azaltdıq, birdəfəlik aldıq.

Biz indi ailəlikcə "Arşın mal alan” filminin sonluğuna xoşbəxt sonluqla baxırıq.

-Bəs bu ağ örpəklər nədir?

- O bir həya pərdəsidir, yavrum. Kafirlərin niyyəti, bu torpağın insanının namusuna dəydiyindən 25 ildir getmişdir dünyanın özündən. Bu üzdəndir ki, insanlığın faciəsidir o qatı duman.Biz sahib çıxdıq, milli soyadlı torpaqlarımızın çağırdığı milli dəyərlərimizə bu baharda. Hədəflərin, milli dəyərlərin, zəfərlərin mübarək.Ata yurdum, adəm oğlu, anam Azərbaycan, anam Azərbaycan. Siz ey Simuzər anam.

P.S. Şəhid Əhmədli Rövşən və onu dünyaya gətirən Simuzər anaya ithaf olunur.


Elvin İBRAHİM, uluyol.info


Вернуться назад