Главная > Cəmiyyət > BAO-çular M.Ə.Rəsulzadənin abidəsini ziyarət etdi

BAO-çular M.Ə.Rəsulzadənin abidəsini ziyarət etdi


29-05-2017, 08:11.

28 may 2017-ci il tarixində Bütöv Azərbaycan Ocaqlarının (BAO) bir qrup fəalı Respublika günü münasibəti ilə Bakı şəhəri Novxanı Qəsəbəsində yerləşən M.Ə.Rəsulzadənin abidəsini ziyarət edib. Ənənəvi olaraq hər il təşkil olunan tədbirdə BAO fəalları, həmçinin ziyalılar, gəncər və uşaqlar iştirak ediblər.

Tədbir əsnasında M.Ə.Rəsuzadənin yaxınlarının – atası Axund Ələkbər Rəsulzadə və oğlu Azər Rəsulzadənin məzarları da ziyarət olunub. Məzar başında BAO fəalları Faiq Ələkbərov, Dilavər Əzimli, Elmar Həsənov, həmçinin BAO başqanı Zahir Əlisoy çıxış edərək 28 may Respublika günü, respublikanın qurucuları, o cümlədən M.Ə.Rəsulzadə haqqında öz fikirlərini bölüşüblər.

 


 


Вернуться назад