Главная > İdman > Totti “Roma”nın heyətində son oyununu keçirib - Video

Totti “Roma”nın heyətində son oyununu keçirib - Video


29-05-2017, 00:45.

İtaliya A seriyasının sonuncu turunda "Cenoa” ilə qarşılaşan "Roma” 3:2 hesablı qələbə qazanıb. Apasport.az saytının məlumatına görə, bu görüş "canavarlar”ın 40 yaşlı oyunçusu Françesko Totti üçün "Roma” forması ilə sonuncu olub.

Görüşün 54-cü dəqiqəsində Muxammed Salahı əvəzləyən "veteran” matçdan sonra azarkeşlərlə görüşərkən göz yaşlarına hakim ola bilməyib.

"Roma” ilə 25 il ərzində 786 oyunda meydana çıxan Totti 307 qola imza atıb.

Qeyd edək ki, canlı əfsanənin paytaxt təmsilçisini tərk edəcəyi əvvəlcədən açıqlanmış olsa da, onun karyerasını bitirəcəyi, yoxsa başqa klubda davam edəcəyi haqqında məlumat verilməyib.







Вернуться назад