Главная > Ədəbiyyat > O qatı duman- bir həya pərdəsi

O qatı duman- bir həya pərdəsi


28-05-2017, 02:29.
Həyatımıza paklıq gətirərkən, dünyasını dəyişən analarımızın əziz xatirəsinə...(İXTİSARLA)
23 avqustda dünyaya gəldim.Qərb- dünya insanın ikiyə ayrılanda gözlərimi açdım.(Vorfolomey gecəsi-23 avqust). Kilsənin o qulaqbatırıcı zəngində təkkar kapandı qapılar-kapaklar. Amma mən hep yaşardım. Hep ağlardım halıma. Bəşər bildim beşiyimi, bələkləndim, yürüklərdən yürüşlərə iməklərkən, babam Fərhad biləngindən güc alaraq sinəm dəldim.
1514-cü il 23 avqustunda daraldı köksüm, çatmadı nəfəsim. Boğuldum... Kamança halıma ağı. Suyu şor lay-lay suxurlar aşdım. Çırpılanda okean dibinə ləng yuxudan oyandım.Yenə böyük anam, saçlarımı oxşadı. Bir təskinlik, bir umut işığı verdi. Sübh çağının mehi gücündə bir tufan qopdu.Aldı-götürdü məni, ən yüksək dərinlikdən.Düpə-düz gündüzün çağında.
Təkrar dirildim.Bu gün ki, gündə. 23 ay yaşadım.Kişi kimi yaşadıq.Komadan ayıldıq ancaq.Düşmən Füzuli və Cəbrayılı işğal edəndə(23 avqust) ölümsüzlüyə dirildim. Çünki, Salman babamın qarşısında çırpanda kəsdi kafir bu torpaqlardan ayağın.( Ayaqqabımı geyərsən, sən ki, mən deyilsən...) 
-Ata, bəs düşmən qorxuludur?
-Yox, qızım o zavallının təkidir.Amma insanlıq adına düşmən sözü bir faciədir.O mənim kimi qonşunu qazana bilmədi.O qaranlığı seçdi.

Ey, mehriban analar, nəvazişli qolları dünyamı saranlar. Siz, ürəyinizi fərah tutun.
 
Elvin İBRAHİM

Вернуться назад