Главная > Qarabağ / GÜNDƏM > MN snayperlərin atış bacarıqlarını yoxlayır

MN snayperlərin atış bacarıqlarını yoxlayır


27-05-2017, 17:37.

Silahlı Qüvvələrin 2017-cı ilin hazırlıq planına uyğun olaraq cəbhə bölgəsində yerləşən birlik və hərbi hissələrdə snayperlərin atış bacarıqları yoxlanılır.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, çətin iqlim şəraiti, gecə vaxtı və dağlıq-meşəlik ərazidə keçirilən məşqlərdə şəxsi heyət müxtəlif təlim-döyüş tapşırıqlarının yerinə yetirilməsi vərdişlərini təkmilləşdirir.

Peşəkar təlimatçıların rəhbərliyi ilə hazırlaşan snayperlər maskalanma, əsas və ehtiyat mövqelərin seçilməsi, müəyyən edilmiş koordinatlar üzrə uzaq məsafəyə yürüş və digər təlim tapşırıqlarını yerinə yetirir.

 


Вернуться назад