Главная > Kriminal > Ağcabədidə itkin düşmüş 3 iş adamından birinin meyiti tapıld

Ağcabədidə itkin düşmüş 3 iş adamından birinin meyiti tapıld


23-10-2015, 09:45.

Bu il oktyabrın 17-də itkin düşən Ağcabədi rayon sakini Valeh Qanboy oğlu İsmayılovun meyiti Qarabağ kanalının İmişli rayonu ərazisindən keçən hissəsində tapılıb.

 

APA-nın yerli bürosunun xəbərinə görə, Valeh İsmayılovun meyiti ailəsinə təhvil verilib.

 

Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspetriza və Patoloji Anatomiya Birliyinin İmişli rayon şöbəsindən  bildirilib ki, meyit müayinə olunub və üzərində heç bir zorakılıq əlaməti aşkarlanmayıb. Mərhumun 6 gün əvvəl öldüyü müəyyənləşib. İlkin ehtimala görə, ölümün səbəbi suda boğulmadır.

 

Hadisənin qəsd və ya intihar olması araşdırılır. 

 

Qeyd edək ki, Ağcabədidə "Kolxoz bazarı” adlanan yerdə xarici valyutanın alqı-satqısı ilə məşğul olan 1956-cı il təvəllüdlü Valeh İsmayılov oktyabrın 17-də saat 07:40 radələrində evdən çıxıb və geri qayıtmayıb.

 

Bundan öncə də həmin ərazidə xarici valyutanın alqı-satqısı ilə məşğul olan iki nəfər müəmmalı şəkildə yoxa çıxıb. Rayonun Qaravəlli kənd sakini, 1959-cu il təvəllüdlü Məhərrəmova Fatma Yadulla qızı 2014-cü il avqustun 5-də, Ağcabədi şəhəri, Həzi Aslanov küçəsi ev 14 ünvanında qeydiyyatda olan 1975-ci il təvəllüdlü Vüqar Hümbətovun isə 2015-ci il mayın 27-də itkin düşüb.

 
 
  APA TV

Вернуться назад