Главная > Ədəbiyyat / Ümumi > “Əli bəy Hüseynzadə mükafatı” təqdim olundu

“Əli bəy Hüseynzadə mükafatı” təqdim olundu


26-05-2017, 17:11.

Bu gün Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda "Ədəbiyyat qəzeti"nin yeni saytının təqdimetmə mərasimi keçirilib.Tədbirdə yazıçılar, şairlər, ictimaiyyət nümayəndələri iştirak ediblər.

 

Tədbiri giriş sözü ilə AYB sədrinin birinci müavini, xalq şairi Fikrət Qoca açıb. O, "Ədəbiyyat" qəzetinin uğurlarından bəhs edib və qəzetin saytının açılmasını yüksək qiymətləndirib.

 

Daha sonra Ramiz Rövşən, Seyran Səxavət, İlhaq Fəhmi, Şirindil Alışanlı, Səlim Babullaoğlu və başqa qonaqlar çıxış edərək qəzetin fəaliyyətindən danışıb, onun saytının açılmasını yüksək qiymətləndiriblər.

 

 

Saytla yanaşı "Ədəbiyyat qəzeti” yayınları” seriyasından nəşr olunmuş ilk kitabın – həyatdan vaxtsız köçmüş şair Faiq İsmayılovun "İynəboyu böyük dünya” kitabının da təqdimatı keçirilib.

 

"Ədəbiyyat qəzeti"nin baş redaktoru Azər Turan sonda çıxış edərək qəzetin gələcəkdəki fəaliyyət istiqamətindən, saytın istifadəyə verilməsindən, mərhum şair Faiq İsmayılovun yaradıcılığından danışıb.

 

Daha sonra "Ədəbiyyat qəzeti”nin təsis etdiyi "Əli bəy Hüseynzadə” mükafatının laureatları açıqlanıb. Nizami Cəfərov ədəbi-tənqidi məqalələrinə görə, Dilsuz Türk poeziyasının nəfis təqdimatına görə, Məti Osmanoğlu ədəbi- tənqidi-məqalələrinə görə, Mirmehdi Ağaoğlu ədəbi-publisistik fəaliyyətinə görə, Mətləb Ağa şeir və esselərinə görə, Nərgiz esselərinə görə "Əli bəy Hüseynzadə mükafatı”na layiq görülüblər (kulis.az)

 



Вернуться назад