Главная > Cəmiyyət > Ramil Usubovla görüşmək istəyən 60 yaşlı Bərdə sakini saxlanılıb... - NİYƏ?
Ramil Usubovla görüşmək istəyən 60 yaşlı Bərdə sakini saxlanılıb... - NİYƏ?26-05-2017, 20:28. |
Diqqətinizə çatıraq ki, mətbuatda dərc edilən yazıdan
sonra rayonda 60 yaşlı şikayətçiyə qarşı təzyiqlər edilməsi ilə bağlı məlumat
verən sakin əlavə edib. Bərdə rayonunda Daxili İşlər Naziri Ramil Usubovla
rayon ictimaiyyəti ilə görüş təşkil edilib. Nazirin qəbuluna gedərkən həbs edilən
Bərdə sakini Elman Bağırov Məmməd oğlu redaksiyamıza məlumat verməyə müvvəfəq
olub. O qeyd edib ki, DİN-i R.Usubovun qəbuluna gedərək Vidadi İsayevin onun
başına açdığı oyunlarla bağlı şikayətini qeyd edəcəyini bilən RPŞ-nin əməkdaşları
başçının göstərişi ilə onu həbs etdikdən sonra Bərdə rayon DYP-nin otağına
salaraq, bu saatlara qədər çıxmasına izin vermirlər. Saat 11:00 raddələrində
saxlanılan vətəndaş hələdə buraxılmayıb. Bərdə rayon Polis əməkdaşlarının
nazirin qəbuluna getmək istəyən vətəndaşa qarşı etdikləri qanunsuz əməllərinə
heç bir izah verilə bilməməsi göz önündədir. Vidadi İsayevin əmrlərin icra edən
polis əməkdaşları unudurlar ki, onların rəhbəri məhz Ramil Usubov cənablarıdır.
Nazirin qəbuluna gedən ahıl yaşda olan bir şəxsin saxlanılaraq DYP binasında
girov saxlanması hansı qanunla tənzimlənməsi bizədə maraqlıdır. Vətəndaş heç
bir günahı olmadan niyə saxlanılıb... Əgər hansısa cinayəti varsa niyə bu barədə
ictimaiyyətə məlumat verilməyib? Şəxsin həbs edilməsi niyə məhz Ramil Usubovun
rayonda qəbul gününə təsadüf edib...?
Вернуться назад |