Главная > İdman > Messi barədə növbəti məhkəmə qərarı

Messi barədə növbəti məhkəmə qərarı


24-05-2017, 19:33.

İspaniya Ali Məhkəməsi "Barselona”nın hücumçusu Lionel Messi barədə 21 aylıq şərti həbs cəzasını qüvvədə saxlayıb.

Qol.az-ın "Marca”ya istinadən yaydığı xəbərə görə, Ali Məhkəmənin bu gün keçirilən iclasında argentinalı futbolçunun 2007-09-cu illərdə vergidən yayındığı elan edilib. Ümumilikdə, "Barselona”lı futbolçunun 4.1 milyon avronu vergidən gizlətdiyi bildirilib.

Qeyd edək ki, əvvəlcə Messiyə 3 il cəza istənilib. Lakin onun barəsində 21 aylıq qərər verilib.

İspaniya qanunlarına görə, iqtisadi cinayətdə ittiham olunan barəsində 2 illik həbs qərarı verilərsə, bu halda cəza şərti həbslə əvəzlənə bilər.

 


Вернуться назад