Главная > Ümumi > Bizimlə döyüşənlər öləcək - Prezident

Bizimlə döyüşənlər öləcək - Prezident


24-05-2017, 22:22.

Bizimlə savaşanlar öləcək.

Axar.az xəbər verir ki, bu sözləri Filippin lideri Rodriqe Duterte Mindanao şəhərində elan edilən hərbi vəziyyətlə bağlı danışarkən deyib.

"Məni buna məcbur etməyin" deyə hər gün dedim. Mindanaoda hüquqla bağlı bütün problemləri həll edəcəyəm. Əgər öləcəyinizi düşünürsünüzsə, öləcəksiniz. Bizimlə döyüşsəniz, öləcəksiniz. Qiyam varsa, bir sıra insanların həlak olacağı anlamına gəlir. Qoy ölsünlər”, - dövlət başçısı bildirib.

Duterte ölkə miqyasında hərbi vəziyyətin elan ediləcəyini də istisna etməyib.

Qeyd edək ki, Moskvaya Putinlə görüşə gələn Filippin lideri İŞİD terrorçularının Mindanao şəhərinə hücum etdiyi xəbərini aldıqdan sonra təcili ölkəsinə qayıtmalı olub. O, Putinlə görüşünü də təxirə salıb.

 


Вернуться назад