Главная > Islam > Türkiyədə "Quranı gözəl oxuma” yarışı keçiriləcək

Türkiyədə "Quranı gözəl oxuma” yarışı keçiriləcək


24-05-2017, 21:52.

Türkiyənin ictimai televiziyası TRT-də Ramazan ayı boyunca quran oxumaq müsabiqəsi yayımlanacaq.

Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, TRT Ramazan ərzində "Quranı gözəl oxuma” yarışması təşkil edəcək.

Format olaraq Acun İlicalının TV8 kanalında yayımlanan "O Ses Türkiye” proqramına oxşayan müsabiqədə hər gün 5 iştirakçı quran oxuyaraq gün birinciliyi üçün yarışacaq.

Studiyadakı tamaşaçıların və münsif üzvlərinin səsləri ilə müəyyən edilən gün birinciləri isə həftə finalında quran oxuyaraq ayın qalibi seçilmək uğrunda yarışacaqlar.

 

 


Вернуться назад