Главная > Kriminal > Bələdiyyədə FETO əməliyyatı: 79 nəfər saxlandı

Bələdiyyədə FETO əməliyyatı: 79 nəfər saxlandı


24-05-2017, 12:27.

FETÖ istintaqı üzrə Ankara Böyükşəhər Bələdiyyəsində əməliyyat keçirilib. Şəhər bələdiyyəsinin 19 bölgə üzrə idarəsindən 79 nəfər saxlanılıb.

Onlardan bəzilərinin işindən kənarlaşdırıldığı da məlum olub. Həmin şəxslər FETO ilə əlaqəli olmaqda şübhəli bilinir.

 

Türkiyədə ötən il iyulun 15-dən bu yana minlərlə fətullahçı həbs olunub. Artıq dövlət çevrilişinə cəhdin olduğu həmin tarixin ildönümü yaxınlaşır.

Türkiyədə isə gülənçilərin "ov”lanması davam etməkdədir. Türkiyə hökuməti ABŞ-ın Pensilvaniya ştatında mənzillənmiş "Hizmət” hərəkatının lideri Fətullah Güləni terrorçu elan edib.

 

Onun başçılıq etdiyi FETO hərbi çevrilişə cəhddə ittiham edilib. Rəsmi Ankara Vaşinqtonda F.Gülənin ekstradisiysını tələb etsə də, "Ağ Ev” nurçuların liderini geri vermir.(bakupost)



Вернуться назад