Главная > Araşdırma > Az.TV-nin müxbiri Kiyevdə nələrlə məşğuldur?-İLGİNC DETALLAR
Az.TV-nin müxbiri Kiyevdə nələrlə məşğuldur?-İLGİNC DETALLAR24-05-2017, 18:16. |
Azərbaycan Televiziyasının Ukrayna üzrə müxbiri Mövsüm Aslanovun adı qalmaqaldan səngimir. Adı FETO-çularla və Ukraynada reputasiyası o qədər də yaxşı olmayan bəzi şəxslərlə birgə hallanan Aslanov bu dəfə qanunsuz tələbə köçürmələrində hallanır. Ukraynadakı mötəbər mənbədən aldığımız məlumata görə, bu şəbəkə hələ nurçu olduqları heç kimə sirr olmayan Elnur Aslanov və Ceyhun Osmanovla münasibətlərindən sonra formalaşıb. Məhz bu üçlüyün səyləri nəticəsində Ukrayna Azərbaycan Gəncləri İttifaqı təsis edilmiş, bundan sonra Azərbaycandan bu ölkəyə tələbə axını güclənmişdi. Maraqlısı odur ki, həmin təşkilata həmin vaxt o təşkilata Mövsüm Aslanovun operatoru Anar Tahirov rəhbər gətirildi. Ukraynada yaşayan və təhsil alan azərbaycanlı gənclərin iştirakı və xəbəri olmadan elan edilən, ilk vaxtlar qeydiyyatdan keçmədiyi halda bir neçə il fəaliyyət göstərən bu ictimai təşkilat məhz Elnur Aslanovun patronajlığı və Az.TV-nin Ukrayna üzrə müxbiri Mövsüm Aslanovun koordinasiyası ilə fəaliyyət göstərdi. Bu dəstə, Azərbaycandan Ukraynaya tələbə gətirir və tezliklə nurçu sektaya cəlb edilirdilər. Nurçu sektasının Ukrayna nümayəndələri Ukraynadakı dövlətinə sadiq azərbaycanlı gəncləri müxtəlif üsullarla yolundan çıxarmağa çalışır, onlarda dövlətlərinə inamsızlıq yaratmaq üçün hər cür əmələ əl atırlar.
Heç kimə sirr deyil ki, çox sayda azərbaycanlı tələbələrin təhsil aldığı ölkələrdə yaşayan azərbaycanlılar üzərində güc yaratmaq ehtiyacını ödəmək elə də ucuz başa gəlmir. Bunun üçün təşkil olunan konfranslara, forumlara ancaq dincəlmək və əylənmək məqsədilə gələnlər təşkilatçılar tərəfindən görüntü yaratmaq üçün dəvət edilsələr də, nurçuların əsas aktivi bu cür tədbirlərdə əhatə dairələrini genişləndirərək yeni görüşlər keçirir və planlarına əsasən onlara lazım ola biləcək yeni şəxsləri təsir altına almağa nail olurlar. Bu pullar isə Bakıdakı havadarları vasitəsiylə məhz Aslanova ötürülürdü. Amma Türkiyədə baş verən məlum proseslərdən sonra Azərbaycanda kök salmış
FETO-çular da darmadağın oldular. Düzdür, Azərbaycanda bel sütunları sındırılan
bu dəstə Ukraynada məhz Aslanovun səyi nəticəsində zəif də olsa özünü qoruyub
saxlaya bildi. Mənbənin məlumatına görə, hazırda Kiyev turizm, iqtisadiyyat və hüquq
Universitetinə qəbul olunmaq üçün bu dəstəyə müraciət etmiş iki nəfərin ödədiyi
məbləğin (adları bizə məlumdur) dalından keçilib. Həmin gənclərdən birinə
universitetin "mehmanxana və restoran işi” fakültəsinə qəbul ediləcəyinə söz
verilibmiş. Bu fakültədə bir semestr təhsilin qiyməti 8500 qriven, təxminən 330
dollar olduğu halda, 1000 dollar alınıb. Bundan başqa, universitetə qəbul üçün
də valideynlər 2500 dollar ödəməli olublar. Amma tələbə universitetə qəbul
edilməyib.
Uluyol.info Вернуться назад |