Главная > Təhsil / Ölkə > Ali məktəblərə qəbul imtahanlarında iştirak etmək istəyən abituriyentlərin qeydiyyat müddəti uzadılıb a

Ali məktəblərə qəbul imtahanlarında iştirak etmək istəyən abituriyentlərin qeydiyyat müddəti uzadılıb a


23-05-2017, 12:23.

Ali məktəblərə və tam orta təhsil bazasında orta ixtisas təhsil müəssisələrinə yayda keçiriləcək qəbul imtahanlarında iştirak etmək istəyən abituriyentlərin qeydiyyat müddəti uzadılıb.

 

Dövlət İmtahan Mərkəzindən (DİM) APA-ya verilən məlumata görə, abituriyentlərin elektron ərizə qəbulu 24 may saat 11:00-a kimi davam edəcək.

 

DİM-dən bildirilib ki, abituriyentlərin elektron ərizə qəbulunun müddətinin uzadılmasına çoxsaylı müraciətlər səbəb olub.

 

Qeyd edək ki, prosedura əsasən, qeydiyyat prosesi 22may saat 23:59-da başa çatıb.

 


Вернуться назад