Главная > Video xəbər > Atatürk haqqında bilmədiyimiz ilginc fakt — Öz pulu ilə niyə İrandan torpaq aldı?-(VİDEO)

Atatürk haqqında bilmədiyimiz ilginc fakt — Öz pulu ilə niyə İrandan torpaq aldı?-(VİDEO)


23-05-2017, 11:00.

Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürk haqqında bilinməyən faktlar çoxdur.

 

O faktlardan birini təqdim edirik.

Mustafa Kamal Paşa uzaqgörənliyi ilə Türkiyənin türk dövətləri ilə əlaqəsini yaradıb. Naxçıvan Azərbaycanın muxtar vilayətidir. Amma Azərbaycanla fiziki təması yoxur və türk dövlətləri arasında Türkiyə ilə sərhəd xəttinə sahib yeganə məkandır.

Naxçıvan Ermənistan ilə İran arasında bir bölgədir. Türkiyənin İğdır rayonu ilə sərhəddir. Naxçıvan türk dünyasına açılan yeganə qapıdır və bu sərhəd xətti Mustafa Kamal Paşanın şəxsi vəsaiti hesabına İrandan aldığı torpaqlardan ibarətdir.

Atatürk dövlət xəzinəsindən istifadə etmədən şəxsi vəsaiti hesabına o torpaq parçasını İrandan alıb Türkiyə Respublikasının ərazisinə qatıb. 11 km-lik ərazi Türkiyə torpaqlarına əlavə edildikdən sonra Naxçıvanla quru sərhəddi yaranıb.

Uzaqgörən Atatürk bu hərəkəti ilə Türkiyənin türkdilli respublikalarla əlaqəsini qurmağa çalışıb.

 


Вернуться назад