Главная > Region > İmişlidə Qırmızı kitaba düşmüş ağaclar pambıq əkini üçün qırılır-VİDEO

İmişlidə Qırmızı kitaba düşmüş ağaclar pambıq əkini üçün qırılır-VİDEO


23-05-2017, 22:09.

İmişli 7 saylı ərazi Ekologiya şöbəsi Tuqay meşələrinin kütləvi qırılmasına görə ,»Regionaz.tv»-yə verdiyi açıqlamda özünü ifşa edib.

Şöbə təfindən redaksiyamıza ünvanlana məktubda isə qeyd edilir ki, adı çəkilən ərazi bələdiyyə torpağıdr, bələdiyyə tərəfindən uzun müddətdir sahibkara müqavilə ilə əkini üçün torpaq sahəsi verilib. Hazırda həmin ərazidə pambıqçılığın inkişafı üçün torpaq sahəsində aqro texniki işlər aparılır.

Şöbə məktubunda qeyd edir ki, sahibkar əkin sahəsində kolları qırdığı üçün tərfimizdən cərimələnib. Marqlıdır sahibkar uzun müddətdir bu ərazidə əkin işləri aparırsa, bəs onda gördüynüz tuqay meşələri niyə kütləvi qırılır? Sahibkar müqavilə əsasında aldığı əkin sahəsində aqro texniki işlər apardığı zamanı sahədəki kolları vurmaq əlbət ki, əkinçinin ixtiyarındadır. Bəs onda 7 saylı İmişli Ekologiya şöbəsi sahibkara nə əsasla cərimə yazıb? Görünür İmişli 7 saylı Ekologiya idarəsi bu kimi qanun pozuntularının üstünü mahir ustalıqla bağlayır. Elə o üzdən Nazirliyi frlatdığı kimi, bizə də əndrabadi məktub cavbları ilə frladıb qanun pozuntularını örtbasdır etməyə çalışıblar.

 

 

Uluyol.info

Вернуться назад