Главная > Maraqlı > 5 yaşlı uşaq anasının həyatını qurtardı: “Cizgi filmdə görmüşdüm…”-FOTO

5 yaşlı uşaq anasının həyatını qurtardı: “Cizgi filmdə görmüşdüm…”-FOTO


19-05-2017, 11:57.

İngiltərədə 5 yaşlı oğlan izlədiyi cizgi film sayəsində anasının həyatını xilas edib

 

Virtualaz.org xəbər verir ki, hadisə İngiltərədə, Linkoln qraflığında baş verib.

 

30 yaşlı Cemma Haris pilləkəndən yıxılaraq huşunu itirib. Başından yaralanan qadın gözlərini açanda 5 yaşlı oğlu Alfinin sakitcə təcili yardıma zəng etdiyini görüb. "Daily Mail” yazır ki, azyaşlı bunu baxdığı cizgi filmdə öyrənibmiş.

 

 

 

"Əgər Alfi olmasaydı, bilmirəm necə olardı. Mən telefonu götürmək üçün tərpənə bilmirdim”, - deyə C. Haris bildirib.

 

O, öz yaşadığı evdə pilləkənlə yuxarı qalxarkən oğlunun oyuncağına ilişib və yıxılıb. Ancaq qışqıraraq oğlunu çağıra bilib. Həyat yoldaşı işdə olduğundan evdə köməyinə gələ biləcək ancaq Alfi olub. Anasını yerdə huşsuz halda uzanmış görən uşaq təcili yardıma zəng edib. Sonra evin ünvanını onlara söyləyib və küçəyə çıxaraq təcili yardım əməkdaşlarının gəlmələrini gözləyib.

 

Cemma Linkoln qraflığında xəstəxanaya çatdırılıb. Qadın orada müayinə olunub və ciddi zədəsi olmadığından bir neçə saatdan sonra evə buraxılıb.

 


Вернуться назад