Главная > Dünya > Çində itlərin kəsilib yeyilməsi qadağan olunub

Çində itlərin kəsilib yeyilməsi qadağan olunub


19-05-2017, 13:19.

Çinin Yulin vilayətində keçirilən ənənəvi Yulin festivalında itlərin kəsilməsi və it ətinin satılması qadağan ediləcək

 

"The Metro" qəzeti yazır ki, hər il milyonlarla it və pişik həyətlərdən oğurlanaraq minlərlə kilometr aralıda yerləşən Yulinə gətirilir və burada kəsilərək yeyilir.

 

Məqalədə deyilir ki, bu vəhşi adət-ənəni şəhərin yeni partiya rəhbəri Mo Gong Ming qadağan edib.

 

Lakin bu qadağan bayramın keçirildiyi əsas günlərdə - iyunun 15-dən 22-dək qüvvədə olacaq. İt və pişiklərin əksəriyyəti məhz bu günlərdə kəsilərək öldürülür.

 

Qadağan günlərində it əti satan hər bir kəs 100 min yuan (1500 dollar) cərimə oluna və hətta həbs edilə bilər.

 

"The Metro" təəssüflə yazır ki, qadağan yalnız itlərin öldürülməsinə aiddir və pişiklər hələ də müdafiəsiz qalır. Çinin heyvan haqları kampaniyaçıları ölkədə ümumiyyətlə it və pişiklərin öldürülməsinə qadağan qoyulmasına çağırırlar.

 

Amma adamların bir çoxu ümidlidirlər ki, hətta müvəqqəti qadağan da yaxşı xəbərdir. Onlar inanırlar ki, bir gün belə bir qadağan daimi olacaq.

 

Beynəlxalq kampaniyaçılar isə narahatlıqla bildirirlər ki, Çində it əti sənayesi cinayətkar sindikatların nəzarətindədir.

Bu adət Çində elə dərin kök salıb ki, məqalədə, qadağan günlərinədək çox sayda itin kəsilərək soyuducularda saxlanacağından söz açılır.

 

Maraqlı olanı həm də budur ki, Yulin festivalı Çinin qədim ənənələrindən deyil və yalnız 2010-cu ildən elə həmin it sənayeçiləri tərəfindən dəbə salınıb.

 

Ümumi hesabla Yulində hər il 10 min-15 min arası heyvan öldürülür.

 

Metro müqayisə üçün yazır ki, təkcə 2017-ci ilin mart ayında Birləşmiş Krallıqda 84 milyon heyvan kəsilib (BBC).

 


Вернуться назад