Главная > Araşdırma > Rusiya ilə müəmmalı bağlantılara sahib icra başçısının biznes imperiyası
Rusiya ilə müəmmalı bağlantılara sahib icra başçısının biznes imperiyası18-05-2017, 14:22. |
Ov həvəskarının Putinlə dostluğundan Rövnəq Abdullayevlə ədavətinə qədər Sovet dönəmində olduğu kimi, müstəqillik illərində də rayon rəhbərləri bölgələr üçün "balaca padşahlar”a çevrilib. "Birinci katib” stasusu yalnız ad olaraq dəyişib, forma və məzmunca isə sadə vətəndaş üçün situasiya daha da ağırlaşıb. Eyni zamanda yeni dönəmin "balaca padşahları” öz fəaliyyətləri, müxtəlif olaylar və hobbiləri ilə daha çox təəccübləndirir. Oxucular üçün maraq doğuracağını nəzərə alıb icra başçıları haqda yayılan məlumatlar əsasında onların portretini çızmağa çalışacayıq. "Balaca padşahların böyük nağılı” adlı bu rubrikada cumhuriyyet.az ilk olaraq Nərimanov rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyevin portretini sizə təqdim edir: Həyat yolu: 20 ilə fəhləlikdən icra başçılığına Fərzəliyev Abdin Ələsgər oğlu 1967-ci ildə Naxçıvan
Muxtar Respublikasının Şərur rayonunda anadan olmuşdur. 1974-84-cü illərdə orta
Ümumtəhsil məktəbində təhsil almışdır. Əmək fəaliyyətinə 1984-85-ci illərdə
H.Z.Tağıyev adına Bakı Tikiş Toxuculuq Kombinatında fəhlə kimi başlayan A.Fərzəliyev
1985-ci ildə N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin
«Kimya-biologiya» fakültəsinə daxil olmuş, 1985-87-ci illərdə Moskva vilayətində
keçmiş Sovet Ordusunda hərbi xidmət keçmiş, 1992-ci ildə isə N.Tusi adına Azərbaycan
Dövlət Pedaqoji Universitetini fərqlənmə diplomu ilə bitirmişdir. Həmin ilin
oktyabr ayından 1993-cü ilin fevral ayına qədər «Naxçıvan» qəzetinin müxbiri vəzifəsində
çalışmışdır. 1993-cü ilin fevral ayından noyabr ayına qədər «Əlincə» Xeyriyyə Cəmiyyətinin
təşkilat şöbəsinin müdiri vəzifəsində, 1993-cü ilin noyabr ayından 1994-cü ilin
avqust ayına qədər isə Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında məsul
işçi, təşkilat şöbəsinin baş təlimatçısı vəzifəsində işləmişdir. Müəmmalı Rusiya bağlantıları Nərimanov rayon icra başçısının siyasi karyerasında diqqət
çəkən digər bir məqam onun Rusiya prezidenti Vladimir Putin tərəfindən Rusiya
Federasiyasının "Dostluq” ordeni ilə təltif olunmasıdır. Onu da bildirək ki, nə
Rusiya prezidentinin, nə də digər dövlət rəhbərinin Azərbaycanda icra başçısını
dövlətinin ən yüksək ordeni ilə təltif etməsi təcrübəsi olmamışdı. Belə bir
halda Fərzəliyevin mükafatlandırılması gizli nüanslardan xəbər verirdi və həmin
səbəblərin nədən qaynaqlandığı sonralar da araşdırılmadı. Halbuki Abdin Fərzəliyev
bu mükafatı aldığı ilə bağlı az qalmışdı ki, Nərimanov rayonunda atəşfəşanlıq və
konsert proqramlar təşkil etsin. Rövnəq Abdullayevlə köhnə ədavət A.Fərizəliyevin hakim komanda daxilində fəaliyyətinin bir məqamı da vaxtı ilə YAP-da «qaragurh dəstə»yə başçılıq edən və müxalif toplantılara təxribatçı qrup kimi daxil olaraq pozuculuq fəaliyyəti ilə yadda qalıb. Belə ki, həmin dönəmlərdə iqtidar düşərgəsində qara işləri ilə ad çıxaran, müxalifətçilərə qarşı amansız olan idmançı dəstələrə rəhbərlik edən "Quska” ləqəbli Hüseyn Abdullayevlə indi icra başçısı olan məmurun yaxınlığı hər kəsə bəlli idi. Onu da bildirək ki, "Quska”nın idmançılar dəstəsi saxlamaq ənənəsi müəyyən qədər A.Fərzəliyevə də keçib. Amma həmin dönəmdən qalan yalnız bu deyil. 2005-ci ilən parlament seçkilərində o zaman Nizami rayonun icra başçısı olan A.Fərzəliyev ARDNŞ rəhbəri Rövnəq Abdullayevlə mübarizədə hazırda Almaniyada mühacir olan Hüseyn Abdullayevə açıq dəstək vermişdi. Düzdür sonda seçkini R.Abdullayev qazandı, amma bu məqam heç şübhəsiz ARDNŞ şefinin yaddaşından silinməyib… "Yaxşı ov yeri var” xəbəri verilərsə, toplantını yarımçıq qoyub, yola çıxar” Ölkənin bəzi məmurlarının özünəxas cəhətləri, xarakterləri
və hobbiləri var. Onların arasında əyləncə sevənlərdən tutmuş, şahmat oynayana,
ov həvəskarı olanlar da az deyil.Həmin sırada olanlardan biri isə bizim yazının
qəhrəmanı Abidin Fərzəliyevdir. Digərlərindən fərqli olaraq, icra başçısının əsas
hobbisi ov etməkdir və bu həvəs o qədər şiddətlidir ki, iclasın ən qızğın
yerində Fərzəliyevə «yaxşı ov yeri var» xəbəri verilərsə, toplantını yarımçıq
qoyub, yola çıxar. Bununla bağlı cumhuriyyet.az plaraq media üzərindən əldə
etdiyimiz məlumatlarda qeyd olunur ki, Nərimanovun icra başçısı bir çox dövlət
qoruğlarına gedərək, orada qanunsuz ovla məşğul olur. Bakının, hətta xaricdəki ən
məşhur ovçuluq dükanlarından aldığı silahlardan yararlanan Fərzəliyevin bu
silah-sursat üçün ildə on minlərlə manat xərclədiyi də deyilir. Bundan əlavə,
onun ov etmək üçün özünəməxsus müxtəlif cins itləri vardır və həmin itlərin
sayı 20-yə yaxındır ki, onlara da xüsusi baxıcılar baxır. Məlumata görə, icra
başçısı ova 10-a yaxın müxtəlif «Cip» avtomaşınları ilə gedirmiş və onunla bu
istirahət mərasiminə prokuror, hakim və digər vəzifəli şəxslər də
qoşulurmuşlar. İtlərdən ibarət kolleksiya və 20 min manata ingilis iti Ov həvəskarı olan Nərimanovun icra başçısı Abidin Fərzəliyev
növbəti mövsümə hazırlıq üçün bir sıra addımlar atmağa başlayıb. Yayılan xəbərlərə
görə, icra başçısı ovda istifadə etdiyi itlərin sayını artıraraq, onların
arasına daha bir yeni cins heyvan əlavə edib. Məlumatda deyilir ki, Fərzəliyevin
yeni cins ov iti İngiltərədən gətizdirilib və onun qiyməti 20 min manata
yaxındır. Bu heyvanın saxlanılması və təlim görməsi üçün də elə həmin ölkədən təlimçi
dəvət edilib. Onun da hər ay heç də kiçik olmayan məbləğlərdə əmək haqqı
alacağı vurğulanır. Nərimanovda 50 kvadratmetrlik ərazi biznesi Bakıda ən gəlirli sahələrdən biri sayılan avtoyuma və
dayanacaq biznesidə inhisarda imiş. Araşdırmalara görə, belə məntəqələrinin ən
çox cəmləşdiyi rayonda Nərimanovdur. Belə ki, Nərimanov rayon İcra Hakimiyyətinin
başçısı Abdin Fərzəliyev sözün həqiqi mənasında avtoyuma «kralı» sayıla bilər.
Çünki rəhbəri olduğu rayondakı əksər belə məntəqələr ya bilavasitə özünündür,
ya da başqasının olsa belə aylıq haqq alınır. Araşdırmalara görə, Fərzəliyevin
aylıq gəlirinin böyük hissəsi də məhz bu sahədən əldə olunur. Üstəlik, faktiki
olaraq Nərimanov rayonunda 50 kvadrat metrlik boş yerlərin hamısı nəzarətə
alınıb və onlar avtoyuma məntəqələri açmaq istəyənlərə satılır. Məlumatlara görə,
Nərimanov rayonunda avtoyuma məntəqələrinin çoxluğu kifayət qədər narazılığa da
səbəb olur. Çünki Fərzəliyevin pul qazanmaq üçün satdığı yerlərin bəziləri
kiçik məşəllələrdə yerləşir. Bu isə avtomobillərin hərəkət etməsinə mane
olmaqla yanaşı, həm də istifadə olunmuş suyun normal qaydada kanalizasiyaya
axmasına əngəl olur. Nəticədə, məhəllə içlərindəki avtoyuma məntəqələrinin
istifadə etdikləri sular evlərin zirzəmilərinə dolmağa başlayır. P.S. Yazıda bu vaxta qədər mediada yer almış və rəsmən təkzib olunmamış məlumatlardan istifadə olunmuşdur. Qarşı tərəfin də öz mövqeyini bildirmək hüququ var. Mənbə: www.cumhuriyyet.az
Вернуться назад |