Главная > Region > Tovuzda naməlum heyvan skeleti tapıldı - VİDEO

Tovuzda naməlum heyvan skeleti tapıldı - VİDEO


18-05-2017, 22:18.

Tovuzun İbrahim Hacılı kənd sakini Mürvət Quliyev həyətyanı sahədən bölgənin faunasına xas olmayan heyvan skeleti tapıb.

"ARB 24" xəbər verir ki, kənd sakinləri qalıqların hansı heyvana məxsus olduğunu bilmirlər.

Heyvanın uzun dişi və caynaqları var. Ölçüsü kiçik olsa da arxa ayaqları qısadır. Bu da onu deməyə əsas verir ki, bu heyvan tullanmağı da bacarıb. Bir çoxları onu yenot və ya dələyə də bənzədirlər. Mürvət Quliyev deyir ki, gün ərzində eşidənlər gəlib skletə baxır. Amma hələ ki, heç kim onun hansı heyvanın skleti olduğunu müəyyənləşirə bilməyib.

 

Uluyol.info

Вернуться назад