Главная > Kriminal > İstanbulda FETÖ əməliyyatı: 137 nəfər tutuldu

İstanbulda FETÖ əməliyyatı: 137 nəfər tutuldu


17-05-2017, 19:25.

İstanbul polisi FETÖ terror təşkilatına qarşı növbəti dəfə əməliyyat keçirib

 

Lent.az xəbər verir ki, əməliyyat çərçivəsində əvvəllər polis orqanlarında işləmiş 137 nəfər tutulub.

 

Bildirilir ki, əməliyyatlar terrorçu şəbəkənin istifadə etdiyi "Bylock” internet resursunun istifadəçilərinin müəyyənləşdirilməsi ilə bağlı həyata keçirilib. Ümumilikdə İstanbulun 16 rayonunda axtarış tədbirləri baş tutub. Eyni vaxtda keçirilən əməliyyatlar zamanı saxlanılan şəxslərin hamısı İstanbul Polis İdarəsinə aparılıb.

 


Вернуться назад