Главная > Araşdırma > Londonda ərəb şeyxləri ilə rəqabətə girən kimin oğludur?
Londonda ərəb şeyxləri ilə rəqabətə girən kimin oğludur?17-05-2017, 10:39. |
Son günlərin ən çox müzakirə olunan mövzusu kənd təsərrüfatı naziri Heydər Əsədovun oğlu Asif Əsədzadənin London küçələrində çəkilən bahalı avtomaşınıdır. Azərbaycana məxsus dövlət nömrə nişanlı bahalı avtomobili ilə Böyük Britaniyanın paytaxtında hərəkət edən maşının videogörüntüləri artıq internetdə geniş yayılıb. 90 HO 505 dövlət nömrə nişanlı "Porsche”nin dayandığı küçədə kifayət qədər bahalı olan maşınlar da var. Onlardan biri də qırmızı "Ferrari”dir. Amma bu maşının Azərbaycan dövlət nömrə nişanı ilə
Londonda necə peyda olması da sıravi oxucuda şübhə yaradır. DYP mətbuat xidmətinin
rəhbəri Kamran Əliyev "Yeni Müsavat”a açıqlamasında bildirdi ki, sözügedən
avtomobilin Azərbaycanda qeydiyyata düşməsi, o nömrə ilə dünyanın istənilən ölkəsində
bulanması mümkündür. Həmin avtomobil bir neçə yolla xaricə aparıla bilər – gəmi
və ya təyyarə ilə.
"Yeni Müsavat” bu məsələnin detallarını və eləcə də xəbərə
mövqe öyrənmək üçün gün boyu bir neçə dəfə H.Əsədovla əlaqə saxladı. Amma
sonuncu zənglərimizə cavab vermədiyi üçün mövqeyini öyrənə bilmədik. Bütün
hallarda nazirin öz oğlu ilə bağlı yazılanlara mövqe bildirmək üçün qəzetimizin
tribunasından istifadə edə biləcəyini vurğulayırıq. İngiltərə paytaxtında bahalı mənzillərin əksəriyyəti Naytsbric və Belqreyviya rayonlarında yerləşir. Elit alıcıların 60 faizi isə xarici ölkə vətəndaşlarıdır. Şəhərdə qiyməti 8 milyon funt-sterlinqdən yuxarı olan evlərin 21 faizini Rusiya, 13 faizini isə Yaxın Şərq ölkələrinin varlıları ələ keçirib. Britaniya vətəndaşları bu cür evlərin 37 faizinə nəzarət edir. Son bir ildə Londonda elit mənzillərin qiyməti 32 faiz artıb. Bu usə 1979-cu ildən bu yana rekord göstəricidir.
Analitiklər bildirirlər ki, Londonun daşınmaz əmlak bazarında qiymətlər xaricilərin öz pullarını Britaniya paytaxtında mənzil və malikanələr almağa yatırması süni şəkildə artırıb. Nəticədə Avropanın qalan yerlərində qiymətlərin ucuzlaşma tendensiyası davam etsə də, Londonda qiymətlər artır. «Knight Frank» agentliyindən Layma Beyli deyir ki, 2009-2012-ci illərdə Londonda mənzil alan xaricilərin sayında kəskin artım olub. Bu tendensiya ötən il də davam edib. Ötən il Londonda daşınmaz əmlak sövdələşmələrinin 85 faizi xaricilərin iştirakı ilə baş tutub. Xaricilər qiyməti 2 milyon funt sterlinq və daha yüksək olan elit mənzillərin alınmasında da əsas paya sahibdir. Bu il ərzində bahalı mənzillərin satışına dair sövdələşmələrin 60 faizi xaricilər tərəfindən bağlanıb. Agentliyin baş analitikinin dediyinə görə, Londonda
daşınmaz əmlak alanlar arasında ərəb ölkələrinin və Asiya qitəsinin sakinləri
liderlik edir. Belə ki, bu il ərzində Londondan mənzil alanların əksəriyyəti
misirlilər və türklər, daha sonra ruslar, qazaxlar və ukraynalılar, habelə azərbaycanlılar
olublar. Rieltorlar deyirlər ki, Azərbaycandan olan müştərilər elit mənzilləri
alanlar arasında da xüsusi seçilirlər. Onun sözlərinə görə, "London qanunsuz pulları saxlamaq yeri deyil”. David Kameron beynəlxalq ictimaiyyəti korrupsiya xərçənginə qarşı mübarizəyə səsləyib. Səudiyyəli milyarderlər isə daha çox öz şəxsi maşınları
ilə Londona istirahətə gəlirlər. Bir neçə il bundan qabaq, səudiyyəli
milyarderlərdən biri avtoparkı ilə Londona istirahətə gəlib. Onun avtomobillərinin
dəyəri 1,4 milyon dollardan artıq olub. Milyarder İngiltərə paytaxtına qızılla
örtülmüş "Mersedes", "Bentli", "Lamborgini" və
"Rolls-Roys" maşınlarını gətirib.
Yerli sürücülər belə bahalı avtomobil sahiblərinin təyin olunmamış yerdə parkinq etdiyinə görə daim hakimiyyət orqanlarına şikayət edirlər. Bəzən bahalı avtomobillər dar London küçələrində hərəkəti məhdudlaşdırır.
Вернуться назад |