Главная > Dünya > Mosulda qaçanların sayı 630 minə çatır

Mosulda qaçanların sayı 630 minə çatır


17-05-2017, 02:34.

İraqın Mosul şəhərində təhlükəsizlik qüvvələri ilə İŞİD terror qruplaşması arasında döyüşlər davam edir.

"Qafqazinfo” "Anadolu” agentliyinə istinadən xəbər verir ki, ordu və terrorçuların atəşi arasında qalan vətəndaşlar şəhərdən qaçmağa çalışırlar.

Agentliyin əməkdaşı bəzi vətəndaşlar hətta yalın ayaqla qaçmağa çalışdığını qeyd edib.

İŞİD-in əsarəti altında təxminən 3 ildir həyat mübarizəsi verən vətəndaşlar, niyə yalın ayaqla qaçırsınız sualına, "bu işgəncədən xilas olmaq üçün özümüzü küçəyə atdıq. Avtomobildən istifadə edə bilmədik, çünki döyüş təyyarələri, ya da İŞİD-in hədəfinə düşə bilərdik”,-deyə cavab verib.

Sakinlərin sözlərinə görə, döyüşən İŞİD üzvlərinin sayı çox azdır. Şəhərdə qalanların hamısı yerlidir və içlərində demək olar ki, xarici döyüşçü yoxdur. Belə davam etsə tezliklə Mosul geri alınacaq.

BMT-nin Qaçqınlar Üzrə Ali Komissarlığı sözçüsü Andrej Mahecic ötən həftə keçirdiyi mətbuat konfransı zamanı 2016-cı ilin 17 oktyabrdan bu yana təxminən 630 min vətəndaşın Mosulu tərk etmək məcburiyyətində qaldığını bildirib.

 



Вернуться назад