Главная > Aktual > Trampla Ərdoğan görüşdən sonra tvitləşdilər-FOTO

Trampla Ərdoğan görüşdən sonra tvitləşdilər-FOTO


17-05-2017, 01:50.

Xəbər verdiyimiz kimi, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 16-da ABŞ-a səfər edərək Ağ Evdə amerikalı həmkarı Donald Trampla görüşüb.

"Qafqazinfo”nun "Hurriyet”ə istinadən verdiyi məlumata görə, liderlər görüşdən sonra Tvitterdə bir-birlərinə təşəkkür ediblər.

D. Tramp Tvitter hesabında "Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı Ağ Evdə qonaq etmək böyük şərəf idi” mesajını yazıb. Ərdoğan isə Amerika liderinin bu ismarıcını cavabsız qoymayaraq "Qonaqpərvərliyiniz üçün təşəkkürlər, cənab prezident. Bugünki görüşümüzün uzun müddətli ittifaqımızı və strateji ortaqlığımızı gücləndirəcəyinə inanıram” deyə yazıb.

 

Trampla Ərdoğan görüşdən sonra tvitləşdilər
Вернуться назад